“Tottenhem”in sabiq sədri Daniel Levinin klubdakı payı bir qədər azalıb.
Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, buna Luis ailəsinin London klubuna əlavə 100 milyon funt-sterlinq (təxminən 117 milyon avro) sərmayə yatırması səbəb olub.
Levi 2025-ci ilin sentyabrında “Tottenhem”in sədri vəzifəsindən ayrılıb, ancaq klubda böyük payını qoruyub saxlayıb. Bu yay onun öz payını qorumaq üçün əlavə sərmayə yatırması təklif edilsə də, Levi bundan imtina edib.
Luis ailəsinin “Tottenhem”ə nəzarət etdiyi ENIC şirkətinin klubdakı payı hazırda 88,30 faiz təşkil edir.
Daha əvvəl “Eight Sports” şirkəti Levinin “Tottenhem”dəki payını almaq barədə razılığa gəldiyini açıqlasa da, klub belə bir satışdan xəbərdar olmadığını bildirib. Sözügedən razılaşmanın baş tutması hələlik təsdiqlənməyib.
Luis ailəsi 2022-ci ilin mayından etibarən “Tottenhem”ə ümumilikdə 332,5 milyon funt-sterlinq (təxminən 388 milyon avro) sərmayə yatırıb. Bu dəstək xüsusilə, cari transfer dönəmində özünü göstərib.
“Tottenhem” “Nyukasl”dan Sandro Tonalini 100 milyon, “Vest Hem”dən Mateus Fernandesi 85 milyon, “Brayton”dan isə Yan-Pol van Hekkeni 52 milyon funt-sterlinqə (ümumilikdə təxminən 277 milyon avro) transfer edib.
Bundan əlavə, London klubu “Mançester Siti” ilə Savinyonun 75 milyon funt-sterlinqə (təxminən 88 milyon avro) transferi
