İspaniyalı məşqçi “Sabahın Ulduzları”nı bəyəndimi? - AÇIQLAMA

23 Avqust 02:00 Sabah 384
İspaniyalı məşqçi “Sabahın Ulduzları”nı bəyəndimi? - AÇIQLAMA

“Sabah” Futbol Akademiyasının fiziki hazırlıq üzrə məşqçisi Jose Manuel Armada Zarco “Sabahın Ulduzları” layihəsi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, yarışın mətbuat xidmətinə açıqlamasında turnirin uzunmüddətli olmasını və müxtəlif komandaları izləmək imkanı yaratmasını müsbət qiymətləndirib:

“Düşünürəm ki, bu, fərqli və yaxşı turnirdir. Məsələn, İspaniyadakı turnirlərdən daha uzundur, amma bütün komandaları görə bilirik.

Müxtəlif oyunçuların həqiqətən rəqabətli olduğunu görürük. Bu, oyunçularımız üçün də yaxşı başlanğıc etmək və özlərini göstərmək baxımından əlverişlidir”.

İspaniyalı mütəxəssis aşağı yaş qrupunda beynəlxalq standartların tətbiqinin əhəmiyyətindən də danışıb:

“Bu yaş qrupu üçün belə turnirləri təkmilləşdirməyə davam etməliyik. Beləliklə, həm oyunçularımızı, həm də azərbaycanlı futbolçuları hamıya nümayiş etdirə bilərik. Bu, bizim üçün həqiqətən maraqlıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM