“Bu transferi mən istəmişəm? Xeyr, onun alınmasını tələb etməmişəm”

12:20 İspaniya 97
“Bu transferi mən istəmişəm? Xeyr, onun alınmasını tələb etməmişəm”

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo gözlənilməz etiraf edərək, Yan Diomandenin “Leyptsiq”dən transferinin onun təşəbbüsü ilə baş vermədiyini bildirib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə “El Chiringuito” kanalına müsahibəsində deyib.

Mourinyo 22 yaşlı futbolçunun transferi haqqında söhbət açaraq bildirib:

“Yan Diomandenin transferini mən istəmişəm? Xeyr, onun alınmasını tələb etməmişəm.

Lakin indi,onun oyun profilini öyrəndikdən sonra onu komandamda görmək istəyirəm. O, hər iki cinahda oynaya bilir”.

Avqustun 6-da “Real” Diomandenin “Leyptsiq”dən transferini elan edib. Fil Dişi Sahili millisinin cinah hücumçusu Madrid təmsilçisi ilə 2033-cü ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayıb.

İspaniya nəhəngi bu keçid üçün 125 milyon avro ödəyib, daha 15 milyon avro isə bonus olaraq nəzərdə tutulub. Bu sövdələşmə “Real Madrid”in bütün tarixi ərzində ən rekord transfer kimi qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti