Komandasına şübhə ilə yanaşdı: “Bunu nə qədər bacardıq, sual işarəsidir”

00:50 Premyerliqa 133
Komandasına şübhə ilə yanaşdı: “Bunu nə qədər bacardıq, sual işarəsidir”

Misli Premyer Liqasının 2-ci turu çərçivəsində "Zirə"nin qonağı olan "İmişli" 1:3 hesablı məğlubiyyətlə üzləşib.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "İmişli"nin baş məşqçisi Fərid Namazov matç haqda fikirlərini bildirib:

"Bilirdik ki, "Zirə" bu matçda da dominant oynamağa çalışacaq. Bunun qarşısını almağa çalışırdıq.

İstəyirdik ki, topu rəqibə verməyək, amma bunu nə qədər bacardıq, sual işarəsidir. "Zirə"ni analiz etdiyimiz yerlərdən qollar buraxdıq.

Fərdi səhvlər etdik. Bu, futboldur. Olur belə hallar.

Ehtiyat heyətlə bağlı problemlərimiz var. Təbii ki, gənc futbolçulara şans vermək klubun strategiyasıdır.

Geridə olduğumuz dəqiqələrdə gənc oyunçulara da şans vermək risklidir. Düşünürəm ki, bunun da öhdəsindən gələcəyik."

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 18:10 Çək və bizə göndər!
22 Avqust 08:20 Liqada ilk təyinatlar
22 Avqust 01:00 "Sabah" satdı - 15000