“Real”ın kubokları yoxdursa, bu, pis mövsümdür” - Mourinyodan AÇIQLAMA

22 Avqust 00:20 İspaniya 581
“Real”ın kubokları yoxdursa, bu, pis mövsümdür” - Mourinyodan AÇIQLAMA

“Real”ın baş məşqçisi Joze Mourinyo mövsümün sonunda hansı nəticəni uğurlu hesab edəcəyini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Madrid klubunda əsas göstəricinin qazanılan titullar olduğunu bildirib:

“Əlbəttə, buna bir çox cəhətdən baxmaq olar. Müxtəlif səviyyələrdə böyük irəliləyiş əldə edə bilərsiz, amma ən vacib olan nəticələrdir.

Bizim üç böyük turnirimiz və bir kiçik yarışımız var. “Real”ın kubokları yoxdursa, bu, pis mövsümdür”.

“Real” 2025/26 mövsümündə heç bir titul qazanmayıb. Bu, klub tarixində son beş ildə ikinci belə haldır. Komanda La Liqanın yeni mövsümündə ilk oyununu 22 avqustda, səfərdə “Espanyol”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM