“Biz pisi düşünmürük”

22 Avqust 23:40 Kəpəz 657
“Biz pisi düşünmürük”

"Kəpəz"i qarşıdakı iki turda uyğun olaraq "Qarabağ"la "Turan Tovuz" gözləyir.

Ürfan Abbasov ardıcıl üç oyunda bu cür iddialı rəqiblərlə qarşılaşmağın çətinliyindən söz açıb.

Sportinfo.az-a açıqlama verən 32 yaşlı müdafiəçi deyib:

"Hələ birinci oyunumuz idi. Məncə, oyundan-oyuna daha yaxşı forma yığa bilərik.

Həqiqətən ardıcıl ağır oyunlar olacaq. Amma biz pisi düşünmürük

. İnanırıq ki, oyundan-oyuna inkişaf edib, xallar qazana bilərik. Düzdür, çətindir, amma toparlanmaq lazımdır.

Səhvləri analiz edəcəyik. Hər oyun digər oyun üçün təcrübədir. İnşallah, bunun öhdəsindən gələrik".

Digər Xəbərlər
Xəbər Lenti