Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Türkiyəyə səfər edib.
Rumıniyada "Hapoel" - "Sabah", Niderlanda "Tvente" - "Qarabağ" görüşlərini izləyən mütəxəssisin qardaş ölkəyə istiqamət alması səbəbsiz deyil.
Təcrübəli çalışdırıcı "Bursaspor"da forma geyinən Toral Bayramovun oyunu yerində izləyib.
Türkiyə 1-ci liqasında üçüncü turu çərçivəsində dünən keçirilən "Karagümrük"lə matçda Bayramov start heyətində yer alıb.
"Bursaspor"un 1:2 məğlub olduğu oyunda həmyerlimiz 45 dəqiqə meydanda qalıb.
17-ci dəqiqədə sarı vərəqə alan milli üzvü fasilədə əvəzlənib.
XANOĞLAN/ SPORTİNFO.AZ
