Azərbaycanda rayon klubu kənd ərazisində stadion tikir

23 Avqust 03:10 II Divizion 4 283
Azərbaycanda rayon klubu kənd ərazisində stadion tikir

Azərbaycanda daha bir stadion inşa edilir.

Sportinfo.az sport1.az-a istinadən xəbər verir ki, II Liqa təmsilçisi "Marafon" çempionat oyunlarını Sabirabadda keçirmək niyyətindədir.

Klub bu məqsədlə rayonun Bulaqlı kəndində özünə stadion inşa edir. Arena hələlik II Liqa standartlarına uyğun olacaq. Təbii ot örtüklü stadionun tutumunun 200 nəfərlik olması nəzərə alınıb.

Avqustun sonralarına doğru PFL stadionu təftiş edərək burada II Liqa oyunlarının keçirilib-keçirilməməsi barədə yekun qərar verəcək.

Digər Xəbərlər
Xəbər Lenti