“Klubu aldıq, adını dəyişdik və istəyirik ki...” - İcraçı direktor

22 Avqust 23:20 I Divizion 153
“Klubu aldıq, adını dəyişdik və istəyirik ki...” - İcraçı direktor

Sportinfo.az xəbər verir ki, "Gəncəbasar"ın icraçı direkoru İlqar Nadiri sualları cavablandırıb.

- Son bir ildə bununla bağlı müzakirələr gedirdi. Bu müzakirələrin sonu olmalı idi. Bu günə qismət oldu. "Cəbrayıl" klubunu aldıq və adını dəyişdik. Bu gün Gəncə ikinci klubun yaranmasının təməli qoyuldu.

- Klubun hədəfi nə olacaq?

- Klub yeni yaranıb. Struktur formalaşdırmaq istəyirik. Gəncə böyük şəhərdir. İstəyirik ki, burada ikinci klub olsun və özünəməxsus iz qoysun. Gələcəyə doğru addımlar atmağı planlaşdırırıq.

- Komanda ev oyunlarını harada keçirəcək?

- Uzun müddətdir ki, müzakirələr gedir. Oyunlarımızı Gəncə şəhər stadionunda keçirəcəyik. Ehtiyat stadion kimi də Yevlax şəhər stadionu gündəmdədir.

- Gəncə şəhər stadionunda "Kəpəz" də ev oyunlarını keçirir. Meydançanın ot örtüyü ilə bağlı narahat deyilsiz?

- Bununla bağlı hər hansı risk olsa, Yevlax şəhər stadionundan istifadə edəcəyik. Mənim "Kəpəz"də rəhbərlik etdiyim dönəmdə bu praktikadan istifadə etmişik, Qəbələdə oynamışıq. Böyük şəhərlərdə böyük komandaların bir stadionunun olması normaldır.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 18:10 Çək və bizə göndər!
22 Avqust 08:20 Liqada ilk təyinatlar
22 Avqust 01:00 "Sabah" satdı - 15000