“Sabah”ın almaniyal; hücumçusu Coy Lens Mikels goal.com nəşrinə müsahibə verib.
Sportinfo.az xəbər verir ki, 32 yaşlı forvard bəzi klublarda keçirdiyi dönəmləri xatırlayıb.
Mikels, xüsusən də, 2014-2016-cı illəri əhatə edən “Şalke” dönəmindən bəhs edib: “Şalke”nin əsas komandasında ilk məşqdən sonra həmin vaxt baş məşqçimiz olan Roberto di Matteo yanıma gəlib dedi ki, hələlik peşəkarlarla qalacaqsan.
Həmin an arzum gerçəkləşdi. Həm də ona görə ki, “Şalke” inanılmaz dərəcədə böyük klubdur. Almaniyanın aparıcı klublarından biri idi,
Çempionlar Liqasında çıxış edir və heyətində çoxsaylı ulduz futbolçular yer alırdı. Kevin-Prins Boatenqq, Klas-Yan Huntelar və Benedikt Hövedeslə birlikdə məşq etmək möhtəşəm idi.
Lakin “Şalke”də möhkəmlənə bilmədim. Etiraf edim ki, lazımi qədər peşəkar deyildim”.
