Millimizina kapitanı: "Portuqaliya ilə oyunda çox əziyyət çəkdik"

08:40 Voleybol 100
Millimizina kapitanı: "Portuqaliya ilə oyunda çox əziyyət çəkdik"

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatında Portuqaliya ilə oyunda çox əziyyət çəkib.

Sportinfo.az xəbər verir ki, bunu yığmanın kapitanı Ayşən Abduləzimova oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Voleybolçu ilk oyunda azarkeş dəstəyinin mükəmməl olduğunu vurğulayıb:

"İlk oyun və ilk həyəcan idi. Meydançada çox əziyyət çəkdik. Bəzi mövqe dəyişiklikləri də oldu. Azarkeşlərin dəstəyi mükəmməl idi və buna görə hamıya təşəkkür edirəm".

A. Abduləzimova növbəti rəqib İspaniya seçməsinə qarşı fərqli hazırlaşmağın vacibliyini qeyd edib:

"İspaniya digər komandalardan fərqli olaraq daha tez və sürətli oynayır. Onlara qarşı başqa cür hazırlaşmalıyıq. Hazırlıq üçün bir gün vaxtımız var. Ümid edirəm ki, hər şey yaxşı olacaq".

"Qrupda ən çətin rəqibimiz Niderland yığmasıdır", - idmançı bildirib.

Faiq Qarayevin baş məşqçi olduğu kollektiv ilk oyunda Portuqaliya millisini 3:1 hesabı ilə məğlub edib. Komanda növbəti matçını avqustun 23-də İspaniya yığmasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!