“Barselona”nın onu satmağa hazır olduğu məbləğ - Qiymət qoydular

21 Avqust 15:40 İspaniya 572
“Barselona”nın onu satmağa hazır olduğu məbləğ - Qiymət qoydular

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqu satmağa hazır olduğu məbləğ bəlli olub.

Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, Kataloniya klubu 28 yaşlı futbolçunun qiymətini 65 milyon avro müəyyənləşdirib.

Buna səbəb baş məşqçi Hans-Diter Flikin De Yonqla yolları ayırmağa müsbət yanaşmasıdır.

Daha əvvəl almaniyalı çalışdırıcı niderlandlı oyunçunu kapitan sarğısından məhrum edib.

İddialara görə, Flik futbolçunun zədəli halda 2026-cı il dünya çempionatına yollanmasından narazı qalıb. De Yonq mundialda zədəsini daha da ağırlaşdırıb və uzun müddətə sıradan çıxıb.

“Barselona” La Liqanın yeni mövsümündə ilk oyununu avqustun 23-də keçirəcək. Kataloniya təmsilçisinin rəqibi “Elçe” olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM