Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda keçirilən Avropa çempionatının C qrupunda ən güclü rəqiblərdən biridir.
Sportinfo.az xəbər verir ki, bunu Portuqaliya yığmasının üzvü Ana Monteyru deyib.
O, C qrupunun ilk görüşündə üz-üzə gəldikləri Azərbaycan yığması ilə matça toxunub:
"Yaxşı oyun alındı. Matç ərzində uğurlu və uğursuz anlarımız oldu.
Qələbə qazanmaq üçün setlərin sonunda daha aqressiv oynamalı idik.
Azərbaycan həqiqətən çox güclü komandadır. Hər iki yığma tərəfindən gözəl oyun izlədik. Rəqibi təbrik edirəm".
Portuqaliyalı voleybolçu turnirin əsas favoritlərinin adlarını da açıqlayıb:
"Düşünürəm ki, çempionatın əsas favoriti İtaliya və Türkiyə yığmasıdır".
Faiq Qarayevin baş məşqçi olduğu kollektiv ilk oyunda Portuqaliya millisini 3:1 hesabı ilə məğlub edib. Komanda növbəti matçını avqustun 23-də İspaniya yığmasına qarşı keçirəcək.
