"Neftçi" rəhbərliyi yeni transfer strategiyasını müəyyənləşdirib.
Paytaxt təmsilçisi bundan sonra futbolçuların alınması üçün iri məbləğdə təzminat ödəməyəcək.
Kompensasiyanın miqdarına limit qoyulub.
Bu da təsadüfi deyil.
Yay ərzində araşdırma apararaq, belə qənaətə gəliblər ki, əcnəbi oyunçular, onların məxsus olduğu klublar və menecerlər «Neftçi»nin adını eşidincə, qiyməti «ceyran beli»nə qaldırır.
Süni qiymət artımına dair bir neçə fakt toplayan bakılı rəsmilərə məlum olub ki, təklif göndərilən legionerlər digər komandalarla daha aşağı təzminat və maaş qarşılığında anlaşıb.
Artıq belə olmayacaq.
«Ağ-qaralar» maraq dairəsinə düşən futbolçularla bağlı hərtərəfli məlumat toplayacaq. Bazar dəyəri qısa müddətdə dəyişənlərlə təmas qurulmayacaq.
«Neftçi» mövsümlərarası fasilədə 7 transfer çalışması həyatı keçirib. Onlardan 1-i yerli, qalanları xaricidir.
Rüfət Abbasov ("Şamaxı"), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara" İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan), Fredi Varqas ("Makkabi" Netanya), Alen Şkribek (ZTE, Macarıstan) və Draqolyub Saviç (TSC, Serbiya) ilə müqavilə imzalanıb.
SPORTİNFO.AZ
