“O, nəyisə dəyişdirməlidir, bu mövzuda mübahisə etmək olmaz”

22 Avqust 18:20 İspaniya 498
“O, nəyisə dəyişdirməlidir, bu mövzuda mübahisə etmək olmaz”

Fransa millisinin sabiq müdafiəçisi Patris Evra, Joze Mourinyonun rəhbərliyi altında “Real”ın La Liqadakı şanslarını dəyərləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı mütəxəssisin Madrid klubunda dəyişikliklər edəcəyinə və komandanı çempionluğa apara biləcəyini inanır:

“Real” La Liqada qalib gələcəkmi? Mourinyo nəyisə dəyişdirməlidir. Bu mövzuda mübahisə etmək olmaz. Mən buna inanıram. Bütün bu transferlər qələbə üçün edilib. Mourinyo qalibdir”.

“Real” sonuncu dəfə 2024-cü ildə La Liqa çempionu olub. Madrid komandası yeni mövsümdə ilk oyununu avqustun 22-də, səfərdə “Espanyol”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM