“Hamını dinləməliyik? Heç kimi dinləmirik - “Qarabağ”a uduzduq, pis oldu”

19:20 Qarabağ 116
“Hamını dinləməliyik? Heç kimi dinləmirik - “Qarabağ”a uduzduq, pis oldu”

Kiyev “Dinamo”sunun hücumçusu Matvey Ponomarenko avrokuboklardakı uğursuz çıxışlarından danışıb.

Sportinfo.az xəbər verir ki, forvard Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a məğlubiyyətdən sonra səslənən tənqidlərə münasibət bildirib.

O, tənqidlərə əhəmiyyət vermədiklərini deyib. Ponomarenko hədəflərinin Ukrayna çempionluğu olduğunu vurğulayıb:

“İnsanların nə dediklərinə fikir vermirik, meydana çıxıb oynayırıq, vəssalam.

Hamını dinləməliyik? Heç kimi dinləmirik. Uduzduq, pis oldu. Yolumuza davam edirik. Çempion olacağıq”.

“Dinamo” “Qarabağ”a evdə 1:0 hesabı ilə qalib gəlsə də, Bakıdakı cavab görüşündə 0:2 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti