Hazırda iki klubun hədəfindədir - “Barselona”nın müdafiəçisi

21 Avqust 18:40 İspaniya 480
Hazırda iki klubun hədəfindədir - “Barselona”nın müdafiəçisi

“Barselona”nın müdafiəçisi Hektor Fort Dortmund “Borussiya”sı və “Real Sosyedad”ın transfer hədəfindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun transferində “Borussiya” əsas favorit hesab olunur.

Ancaq Dortmund klubu 20 yaşlı müdafiəçini heyətinə qatmaq üçün əvvəlcə bir neçə futbolçusu ilə yollarını ayırmalı olacaq.

“Real Sosyedad”ın vəziyyəti isə daha mürəkkəbdir. Bask təmsilçisi hazırda nə “Barselona”nın Fort üçün tələb etdiyi transfer məbləğini, nə də futbolçunun maaşla bağlı tələblərini qarşılaya bilir.

“Barselona”nın Hektor Fortun satışından təxminən 20 milyon avro gəlir əldə etmək istədiyi bildirilir. Kataloniya klubunun yetirməsi ötən mövsümü icarə əsasında “Elçe”də keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM