Azərbaycana gətirmək üçün 51 futbolçu seçildi - Qanada

23 Avqust 03:20 Dünya çempionatı 414
Azərbaycana gətirmək üçün 51 futbolçu seçildi - Qanada

Qana Futbol Assosiasiyası Azərbaycanda U-15-lər arasında keçiriləcək dünya çempionatına ciddi hazırlaşır.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, milli komandanın heyətinin formalaşdırılması istiqamətində işlər davam etdirilir.

Son seleksiya işlərinin ardından 108 nəfər arasından yığma üçün 51 futbolçu seçilib.

Seçilən futbolçular iki ayrı qrup şəklində hazırlaşacaq və belədə məşqçilər hər bir oyunçunu daha yaxından izləyə biləcək.

U-15-lərin dünya çempionatı oktyabrın 23-31-i aralığında keçiriləcək

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO