Buradan getmək niyyətində olan hücumçuya “rədd ol” dedilər - FOTO

01:40 İspaniya 104
Buradan getmək niyyətində olan hücumçuya “rədd ol” dedilər - FOTO

“Atletiko”nun azarkeşləri komandanın hücumçusu Xulian Alvaresə qarşı etiraz aksiyası keçiriblər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun məşq bazasının yaxınlığında Alvaresin geyindiyi 19 nömrəli formanın üzərindən xətt çəkilmiş plakat asılıb.

Digər plakatda isə “Xulian, rədd ol” sözləri yazılıb.

Buna səbəb argentinalı futbolçunun “Barselona”ya keçmək istədiyini bildirməsi olub.

“Atletiko”nun azarkeşləri avqustun 19-da, La Liqanın ilk turunda “Malaqa” ilə keçirilən oyunda (2:0) da Alvaresə qarşı təhqiramiz şüarlar səsləndiriblər.

26 yaşlı hücumçu həmin qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 18:10 Çək və bizə göndər!
22 Avqust 08:20 Liqada ilk təyinatlar