Komandanın sükanı ona tapşırıldı: “Oturub danışdıq ki...”

22 Avqust 08:30 I Divizion 692
Komandanın sükanı ona tapşırıldı: “Oturub danışdıq ki...”

Birinci Liqada mübarizə aparan “Gəncəbasar”ın baş məşqçisi müəyyənləşib. Komandanın sükanı Elhad Naziriyə tapşırılıb.

Sportinfo.az xəbər verir ki, gənc mütəxəssis komandanın qarşıdakı planlarından danışıb:

“Klub rəhbərliyindən təklif gəldi, oturub danışdıq. Rəhbərliklə klubun planlarını müzakirə etdik.

İlk hədəfimiz daha yuxarı pillələr uğrunda mübarizə aparmaq və çempionluq idi. Lakin vaxt və futbolçuların toplanması baxımından müəyyən problemlər yarandı.

Planımız gənclərdən ibarət yaxşı komanda qurmaqdır. Yaxşı “Gəncəbasar” görəcəksiz.

Gəncləri Azərbaycan futboluna qazandırmaq istəyirik”.

Birinci Liqada çıxış edən “Cəbrayıl”ın sahibi dəyişdikdən sonra komandanın adı “Gəncəbasar” olaraq dəyişdirilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!