“Barselona” müdafiəçisi Jül Kunde ilə bağlı qərarını verib.
Sportinfo.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
“Çelsi”nin fransalı müdafiəçiyə maraq göstərməsindən sonra “Barselona” onun üçün 80 milyon avroluq qiymət müəyyənləşdirib.
London klubu Malo Qustonun “Mançester Siti”yə keçidi baş tutacağı təqdirdə, Kundenin transferini ciddi şəkildə nəzərdən keçirməyə hazırdır.
Bununla belə, “Barselona” 27 yaşlı futbolçunun bu yay 80 milyon avrodan daha aşağı məbləğə satılmasına razı deyil.
Kundenin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. “Transfermarkt” portalı onun dəyərini 60 milyon avro qiymətləndirir.
Fransalı ötən mövsüm La Liqada 30 oyunda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. O, 2022-ci ildən “Barselona”da çıxış edir.
