Premyer Liqaya dönməyə hazırlıq görən klubda rəhbər vəzifəyə TƏYİNAT - FOTO

19:40 I Divizion 207
Premyer Liqaya dönməyə hazırlıq görən klubda rəhbər vəzifəyə TƏYİNAT - FOTO

«Səbail»də yeni təyinat rəsmiləşib.

I Liqada mübarizə aparan klub Mirbağır İsayevi geri qaytarıb.

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi futbol akademiyasının direktoru təyin olunub. «A» kateqoriyalı mütəxəssislə uzunmüddətli müqavilə imzalanıb.

İsayev 2020-2025-ci illər aralığında da «dənizçilər»ə xidmət edib. Onun dönəmində Bayıl təmsilçisi bütün yaş qrupları üzrə ölkə çempionatında mübarizə aparıb.

Bundan sonra da belə olacaq. Növbəti mövsümdə Premyer Liqaya vəsiqə qazanmağı planlaşdıran «Səbail» indidən akademiyanı formalaşdırmağı qarşısına məqsəd qoyub.

İsayev paralel şəkildə AFFA-dakı işini davam etdirəcək. O, bu ilin martında UEFA-nın Elit Məşq Layihəsinə rəhbər təyin olunub.

Mirbağır İsayev 1994-1999-cı illərdə Azərbaycan millisinin heyətində 10 oyun keçirib, 1 qol vurub. O, 2013-2015-ci illərdə U-17 yığmasının baş məşqçisi olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti