Gizli nüanslar - “Sabah”ın ÇL-də qalması kimlərin əlindədir?

15:00 Sabah 223
Gizli nüanslar - “Sabah”ın ÇL-də qalması kimlərin əlindədir?

“Sabah” Çempionlar Liqasında növbəti sınağına çıxıb.

Azərbaycan çempionu bu turnirin pley-off mərhələsində “Hapoel” (Beer-Şeva) ilə qarşılaşıb.

Bu komandalar arasındakı ilk oyun Rumıniyanın Buxarest şəhərində keçirilib. Üç qolluq oyunda hesabı “Sabah” açsa da, nominal meydan sahibləri yekunda əzmkar qələbəyə seviniblər.

Lakin 1:2 hesabı “Sabah” üçün kritik fərq deyil. Turnirdəki əvvəlki çıxışı bunun ən yaxşı sübutudur.

“Sabah” əvvəlcə “KuPS”u iki oyunda 3:0, daha sonra “Orhus”u isə 5:2 ümumi hesabla məğlub edib. Xüsusilə “Orhus”la seriya çox vacib göstəricidir:

Danimarkada 1:2 məğlubiyyətdən sonra “Sabah” Bakıda 4:0 qalib gələrək, oyunun ritmini və intensivliyini tamamilə dəyişə bildi.

“Sabah”ın “Hapoel”dən üstün olduğu əsas məqam da məhz budur: oyunun intensivliyini kəskin artırmaq və hücumda rəqibə ardıcıl təzyiq göstərmək bacarığı. Azərbaycan təmsilçisi yüksək tempdə, xüsusilə evdə, daha təhlükəli görünür.

Komandanın sürətli keçidləri, cinahlardan hücumları, standart vəziyyətləri və ikinci toplara reaksiyası “Hapoel” üçün ciddi problem yarada bilər.

Burada Velko Cimiçin də rolunu xüsusi qeyd etmək lazımdır. Onun “Hapoel”ə qarşı erkən qolu təsadüfi epizod deyil.

Şimiç “Sabah”ın bu Çempionlar Liqası kampaniyasında ən məhsuldar hücumçularından biri olub və turnirin əvvəlki mərhələlərində də komandanın hücum effektivliyinə ciddi töhfə verib.

Onun sürəti, cinahdan mərkəzə doğru hərəkətləri, son toxunuşlardakı effektivliyi və qol epizodlarını reallaşdırmaq qabiliyyəti “Sabah”ın cavab oyunundakı əsas üstünlüklərindən biri ola bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti