“Flikin “Barselona”sı xoşuma gəlir, əla iş görürlər, çox yaxşı futbolçuları var”

21 Avqust 00:40 İspaniya 533
“Flikin “Barselona”sı xoşuma gəlir, əla iş görürlər, çox yaxşı futbolçuları var”

“Real”ın çalışdırıcısı Joze Mourinyo, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik barədə fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı mütəxəssisin rəhbərliyi altında çıxış edən Kataloniya komandasının oyununu bəyəndiyini bildirib:

“Flikin “Barselona”sı xoşuma gəlir. O və Deku (“Barselona”nın idman direktoru) əla iş görürlər. Onların çox yaxşı futbolçuları var”.

“Barselona” Flikin rəhbərliyi altında hər iki mövsümdə La Liqa çempionu olub.

Komanda La Liqanın yeni mövsümündə ilk oyununu 23 avqustda “Elçe”yə qarşı keçirəcək. “Real” isə ilk oyununda, 22 avqustda səfərdə “Espanyol”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM