Türkiyə I Liqasında 3-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun şərəfini qoruduğu "Bursaspor" səfərdə "Fatih Karagümrük"ün qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bayramov da səfər matçında iştirak edib. 25 yaşlı sol cinah müdafiəçisi oyuna start heyətində başlayıb. O, fasilədə əvəzlənib. Toral 17-ci dəqiqədə qayda pozuntusuna görə sarı vərəqə ilə cəzalandırılıb.
İki turdan sonra 6 xal toplayan "Bursaspor" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
