“Mançester Siti”dəki ispan transfer siyahısına daxil oldu - “Real”da

20 Avqust 15:40 İspaniya 519
“Mançester Siti”dəki ispan transfer siyahısına daxil oldu - “Real”da

“Mançester Siti”nin yarımmüdafiəçisi Niko Qonsales karyerasını “Real”da davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” Rodri Hernandesin transferini reallaşdıra bilmədikdən sonra 24 yaşlı Qonsalesi qısa siyahısına əlavə edib.

Madrid təmsilçisi “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uortonu da transfer etmək variantını nəzərdən keçirir.

İspaniyalı yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM