Nəriman “Qalatasaray”a qarşı oynadı, sarı vərəqə aldı

07:30 Bizimkilər 176
Nəriman “Qalatasaray”a qarşı oynadı, sarı vərəqə aldı

Türkiyə Superliqasında ikinci tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun açılış matçında millimizin hücumçusu Nəriman Axundzadənin formasını geydiyi “Ərzurumspor” öz meydanında “Qalatasaray”ı qəbul edib. Matç İ

stanbul klubunun böyükhesablı qələbəsi ilə başa çatıb.

Nəriman Axundzadə də bu görüşün iştirakçısı olub. O, 55-ci dəqiqədə, hesab 0:3 olarkən Gyrano Kerkin əvəzinə meydana çıxıb. Millimizin forvardı 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, 2 turdan sonra “Qalatasaray” 4 xalla turnir cədvəlində 1-ci, “Ərzurumspor” isə 0 xalla sonuncu, 18-ci pillədə qərarlaşıb.

“Ərzurumspor” - “Qalatasaray” 0:4
Qollar:
Şallai, 12, Akgün, 20, Osihmen, 20; 79

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!