Bu gün Misli Premyer Liqasında 2-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günü üçün nəzərdə tutulan matçlar başa çatıb.
Əvvəlcə “Qəbələ” öz meydanında debütant “Şəfa”nı qəbul edib. Matç "Şəfa"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hər iki komanda ilk turda uduzub. “Qəbələ” “Turan Tovuz”a (0:1), “Şəfa” isə “Zirə”yə (0:2) məğlub olub.
Digər qarşılaşmada isə “Zirə” doğma divarlar arasında “İmişli”ni sınağa çəkib. Görüş "Zirə"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
II tura avqustun 23-də yekun vurulacaq. Avrokuboklarda çıxışla əlaqədar bu turda "Sabah"ın "Sumqayıt"la, "Qarabağ"ın isə "Kəpəz"lə görüşləri təxirə salınıb.

18:30. "Qəbələ" – "Şəfa" 0:1
Qollar: Musa Quel, 69
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu
"Qəbələ": 1. Səlahət Ağayev (k), 13. Nicat Əliyev, 24. İsmael Akinade, 9. Karim Rossi, 7. Bruno Silva, 6. Xayme Syerra, 12. Kouya Mabea, 16. İsaak Amoa, 5. Natan Monzanqo, 80. Meşak Uboçioma, 3. Edson Eduardo.
Ehtiyat oyunçular: 32. Artur Motta, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 81. Samir Ağayev, 2. Aqşin Yaqubov, 27. Eşqin Əhmədov, 21. Ziya Şəkərxanov.
Baş məşqçi: Kaxaber Tsxadadze.
"Şəfa": 1. Nicat Mehbalıyev, 28. Murad Musayev (k), 55. Rauf Hüseynli, 6. Fərid Yusifli, 10. Dilan Mertens, 18. Bafode Dansoko, 4. Maudo Jarjue, 17. Musa Quel, 11. Andrey Draqu, 9. Luis Felipe, 34. Kristofer Mamenqi.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 42. Elnur Cəfərov, 5. Arsen Ağcabəyov, 21. İsmayıl Zülfüqarlı, 83. Nihad Quliyev, 23. Nahid Əliyev, 39. Eltun Babazadə, 8. Vlad Pop, 22. Umar Diav, 7. Treyvon Fuller.
Baş məşqçi: Zaur Həşimov.
20:45. "Zirə" – "İmişli" 3:1
Qollar: Eren Aydın, 43, Ruan Renato, 80, Davit Volkov, 90+5 // Dioqo Almeyda, 83
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksinin stadionu
“Zirə”: 13. Aydın Bayramov 8. İsmayıl İbrahimli 2. Amin Seydiyev 11. Ayxan Hüseynov 4. Ruan Renato (k) 9. Davit Volkov 21. Rikardo Martins 20. İssa Cibrila 17. Vierinya 5. Ange Mutsinzi 7. Eren Aydın
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev 41. Anar Nəzirov 32. Qismət Alıyev 6. Hacıağa Hacılı 14. Elçin Əlicanov 48. Ramiz Muradov 57. Yusif Hacıyev 10. Giorgi Papunaşvili 29. Kris Diqbeu
Baş məşqçi: Rəşad Sadıqov
“İmişli”: 1. Yusif İmanov 14. Bəxtiyar Həsənalızadə 19. Azər Salahlı (k) 77. Fərid Nəbiyev 5. İdris İnqilablı 11. Vüsal Qənbərov 29. Edvin Banquera 9. Dioqo Almeyda 23. Dioqo Rollo 10. Dioqo Kardozu 7. Luis Silvestr
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə 88. Ayxan Abbaszadə 17. Seyxan Fərəcov 55. Murad Ələkbərov 33. Əkbər Eyubov 30. Xəlil Mürsəlli 8. Xuan Hernandes 42. Sebai Senin
Baş məşqçi: Fərid Namazov
