Müqaviləni uzatdılar və icarəyə verdilər - Mərkəz müdafiəçisini

23 Avqust 00:00 İngiltərə 463
Müqaviləni uzatdılar və icarəyə verdilər - Mərkəz müdafiəçisini

“Liverpul”un mərkəz müdafiəçisi İfeanyi Ndukve 2026/2027 mövsümünü icarə əsasında İspaniyanın “Levante” komandasında keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

18 yaşlı futbolçunun İspaniya klubuna keçidi bu həftə “Liverpul”la müqavilə imzalamasından sonra rəsmiləşib.

Mersisayd klubu müdafiəçinin transferi ilə bağlı bu ilin əvvəlində “Avstriya” (Vyana) ilə prinsipial razılıq əldə etmişdi.

“Levante” La Liqanın növbəti turunda səfərdə “Osasuna”nın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM