İstanbulda beynəlxalq turnirdə iki gümüş medal qazandılar - FOTO

04:50 Karate 79
İstanbulda beynəlxalq turnirdə iki gümüş medal qazandılar - FOTO

Azərbaycan karateçiləri İstanbulda keçirilən "Turkish Open" beynəlxalq turnirində iki gümüş medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, 27 ölkədən 1 100-ə yaxın idmançının iştirak etdiyi yarışda Qəhrəman Rzaquliyev (45 kq) 12-13 yaş kateqoriyasında finalda Özbəkistan təmsilçisinə məğlub olaraq ikinci yeri tutub.

Ömər Məmmədrəhimov isə kata üzrə 16-17 yaş kateqoriyasında gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan təmsilçiləri "Turkish Open" turnirini iki gümüş medalla başa vurublar.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar