Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və komandanın idman direktoru İlqar Qurbanov Türkiyə 1-ci Liqasının 3-cü turunda keçirilən “Karagümrük” - “Bursaspor” matçını tribunadan izləyib.
Sportinfo.az xəbər verir ki, 44 yaşlı mütəxəssis “Bursaspor”da çıxış edən Azərbaycan millisinin üzvü Toral Bayramovun oyununu canlı izləyib.
Görüş “Karagümrük”ün 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Toral Bayramov matça start heyətində başlayıb və ilk hissədən sonra əvəzlənib. O, 17-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

