Bakıda "Neftçi"nin üstündə DAVA etdilər: Dostunu küçədə döydü, CİNAYƏT İŞİ açıldı

22 Avqust 16:20 Neftçi 835
Bakıda "Neftçi"nin üstündə DAVA etdilər: Dostunu küçədə döydü, CİNAYƏT İŞİ  açıldı

Bakıda kişi küçədə dostunu döyüb.

Sportinfo.az xəbər verir ki, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində baş verib.

35 yaşlı Fərhad Əmirov (şərti adla) dostu ilə birgə “Neftçi”nin oyununa baxmağa gedirmiş. Bu zaman dostu “Neftçi”nin məğlub olacağını deyib.

Fərhad buna irad bildirəndə, dostu nalayiq ifadələrlə cavab verib. Bundan hiddətlənən Fərhad da dostunun üzünə bir dəfə yumruqla vuraraq, xəsarət yetirib.
Nəticədə onun barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmişlə barışdığını deyib. Zərərçəkən şəxs də həmçinin Fərhada qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!