Ölkəmizin komandası Avropa çempionatını 2 medalla başa vurdu

08:00 Boks 81
Ölkəmizin komandası Avropa çempionatını 2 medalla başa vurdu

Boks üzrə Azərbaycan millisi Serbiyanın Loznitsa şəhərində U-19 Avropa çempionatında daha bir medal qazanıb.

Sportinfo.az xəbər verir ki, yığmanın aktivinə növbəti medalı Əli Baxışov yazdırıb.

60 kq-da çıxış edən boksçu yarışı gümüş medalla başa vurub.

Beləliklə, Azərbaycan millisi 35 ölkədən 354 boksçunun qatıldığı Avropa çempionatında 1 gümüş və 1 bürünc medal qazanıb.

Ə. Baxışovdan öncə Banuçiçək Nəsirli (48 kq) 3-cü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!