Azərbaycanlı Tatyana Polşada keçiriləcək dünya çempionatında iştirak edəcək

23 Avqust 04:40 Digər növlər 405
Azərbaycanlı Tatyana Polşada keçiriləcək dünya çempionatında iştirak edəcək

Azərbaycan kanoeçisi Tatyana Smilovenko avqustun 26-dan 30-dək Polşanın Poznan şəhərində keçiriləcək kayak və kanoe üzrə dünya çempionatında iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarışda idmançıya kanoe üzrə milli komandanın baş məşqçisi Aleksandr Jukovski rəhbərlik edəcək.

T.Smilovenko iyulda Macarıstanın Seqed şəhərində gənclər və U-23 avarçəkənlər arasında keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti