Gürcüstan millisinin və “Vilyarreal”ın hücumçusu George Mikautadze karyerasını “Barselona”da davam etdirə bilərdi.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” 25 yaşlı futbolçu ilə bağlı “Vilyarreal”a sorğu göndərib.
Qarşı tərəf Mikautadze üçün 70 milyon avro tələb edib. “Barselona” üçün bu məbləğin yüksək hesab olunduğu və buna görə də transferdən imtina etdiyi bildirilir.
“Vilyarreal” ötən yay Mikautadzeni “Lion”dan 31 milyon avroya transfer edib.
Gürcü hücumçu İspaniya klubunun heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 15 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun “Vilyarreal”la müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.
