Arzuladığmız “Qarabağ” o səviyyəyə nə vaxt\ yüksələcək?

16:00 Qarabağ 149
Arzuladığmız “Qarabağ” o səviyyəyə nə vaxt\ yüksələcək?

"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderlandda "Tvente"nin qonağı olub.

Enshede şəhərində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Burada

maraqlısı “Tvente”nin məğlubiyyətə öz daxilindəki reaksiyadır.

Vout Verqostunun çıxışı baş məşqçi Con van den Brom tərəfindən də açıq şəkildə tənqid olunub. Van den Brom onun “çox zəif oyun keçirən futbolçulardan biri” olduğunu bildirib və 60-cı dəqiqədə onu əvəzləyib.

Bu, ”Qarabağ”ın rəqib üzərində yaratdığı təzyiqin başqa bir göstəricisidir.

Çünki belə oyunlarda rəqibin ən güclü hücum silahlarından birini oyundan çıxarmağa məcbur etmək artıq taktiki üstünlüyün göstəricisidir.

"Qarabağ"ın qarşısında artıq sadəcə “Tvente”ni keçmək məsələsi yoxdur.

Bu komandanın real potensialını ortaya çıxarmaq məsələsi var.

Əgər heyət tam formaya düşərsə, futbolçular arasında anlaşma daha da yüksələrsə, fiziki hazırlıq maksimum səviyyəyə çatarsa və hücumdakı fərdi keyfiyyətlər daha stabil şəkildə ortaya çıxarsa, “Qarabağ” Avropada qarşılaşdığı istənilən rəqib üçün son dərəcə narahat və təhlükəli rəqibə çevrilə bilər.

Və bəlkə də məhz buna görə bu komandanı indidən qiymətləndirmək tezdir.

Çünki “Qarabağ” hələ öz maksimumunu göstərməyib.

Enshededə biz onun yalnız müəyyən hissəsini gördük.

Amma həmin “müəyyən hissə” belə, Niderlandın güclü klublarından birini öz meydanında məğlub etməyə kifayət etdi.

Bu, Azərbaycan futbolu üçün kifayət qədər ciddi mesajdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti