ŞOK! Azərbaycanda 12 klub birləşdi - Pulu artırın, yoxsa çempionat yarımçıq dayanаcaq!

11:40 II Divizion 533
ŞOK! Azərbaycanda 12 klub birləşdi - Pulu artırın, yoxsa çempionat yarımçıq dayanаcaq!

Sentyabrın 1-də II Liqada növbəti mövsüm start götürəcək.

Yarış ərəfəsində çempionat iştirakçıları tələblə çıxış edib.

Aldığımız məlumata görə, 12 klubun rəhbəri sözü bir yerə qoyaraq, Peşəkar Futbol Liqasının (PFL) qapısını döyüb. PFL-in prezidenti Elxan Səmədova məktub ünvanlayan təmsilçilər ondan dəstək istəyib.

Məqsəd onlara ayrılan illik maliyyə yardımının miqdarının artırılmasına nail olmaqdır. Belə ki, 58000 manat vəsaiti az sayan klublar eyni fikirdədir ki, bu məbləğ normal mövsüm keçirməyə kifayət eləmir.

II Liqa mənsubları UEFA-nın müxtəlif proqramlar çərçivəsində AFFA-ya ayrılan büdcədən, o cümlədən, bonus fondundan pay almaq niyyətindədir.

Məktub müəllifləri hesab edir ki, federasiya ianə kampaniyasının həcmini artırmasa, bir neçə komanda sezonun gedişində fəaliyyətini dayandıra bilər.

Çünki yarışmaçıların bir neçəsinin varlığı konkret olaraq AFFA-nın verdiyi puldan asılıdır, başqa dəstəyi yoxdur.

II Liqa ailəsinin üzvləri bu problemin AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclasında müzakirəyə çıxarılmasında maraqlıdır. Məsələnin İK üzvlərinin diqqətinə çatdırılmasında Səmədovdan vasitəçilik etməsini xahiş ediblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!