Bizim “Nostradamus”: "Qarabağ"ın "Tvente"ni keçmək şansı 70 faizdir"

02:30 Qarabağ 70
Bizim “Nostradamus”: "Qarabağ"ın "Tvente"ni keçmək şansı 70 faizdir"

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində Niderlandda "Tvente" üzərində qazandığı qələbəsi (1:0) komandanın mərhələ adlamaq şansını 70 faizə yüksəldib.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

O, komandanın heyətinin yeniləndiyini və oyundan-oyuna inkişafın hiss olunduğunu diqqətə çatdırıb:

"Heyətdə çoxlu oyunçu dəyişikliyi olub, yeni kollektiv formalaşır. Matçdan-matça fərq hiss olunur. Niderlanddakı görüşdə azarkeşlərin dəstəyi və təzyiqi var idi.

Lakin futbolçular ilk dəqiqədən soyuqqanlı və təcrübəli göründülər. Heyətə yeni qoşulanlar yaxşı mənada təəccübləndirdilər və vacib qələbə qazandılar.

Gənc oyunçuların Avropa təcrübəsi qazanması üçün UEFA Konfrans Liqasında çıxış etmək vacibdir".

Qarşılaşmanı stadiondan canlı izləyən mütəxəssis cavab qarşılaşması öncəsi "Qarabağ"ın mərhələ adlamaq ehtimalını dəyərləndirib:

"İndi ikinci oyun var. "Tvente" zəif rəqib deyil. İlk matçda yaxşı oyun izlədik.

Düşünürəm ki, hazırda şanslar daha çoxdur. "Qarabağ"ın şanslarını faiz nisbəti ilə 70-in 30-a qiymətləndirərdim".

Komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 18:10 Çək və bizə göndər!
22 Avqust 08:20 Liqada ilk təyinatlar