Bakıda "narkomaniya yuvası"na çevrilən stadiondan VİDEOREPORTAJ

9 Mart 2023 09:40 Problem 831
Bakıda "narkomaniya yuvası"na çevrilən stadiondan VİDEOREPORTAJ

Yasamal rayonu ərazisində yerləşən 286 saylı orta məktəbin ərazisində yerləşən stadion başqa məqsədlər üçün istifadə olunur.

Ürək açmayan mənzərə budur ki, bura narkomanların «yuva»sına çevrilib.

Tanınmış jurnalist Nail Kəmərli sözügedən məkandan videoreportaj hazırlayıb.

Çəkilişdən görünür ki, stadion tamamilə yararsız vəziyyətə düşüb, tikintisi yarımçıq qalmış idman qurğusunun zalı və otaqları pis vərdişə qurşanmış şəxslərin «ixtiyarındadır».

«Ağ ölüm»ə mübtəla olmuş kəsləri ərazidən uzaqlaşdırmaq üçün məktəbin rəhbərliyi müxtəlif qurumlara müraciət edib, lakin problemin aradan qaldırılması üçün atılan addımlar yetərsizdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı