3 braziliyalı ilə yola davam - “Real” yeni müqavilə bağlayacaq

6 İyul 2022 01:20 İspaniya 404
3 braziliyalı ilə yola davam - “Real” yeni müqavilə bağlayacaq

Braziliyalı futbolçular – Rodriqo, Eder Militao və Vinisius Junior “Real”la müqavilələrini uzadacaqlar.

Sportinfo.az xəbər verir ki, Vinisius “kral klubu” ilə 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Militao yeni müqaviləyə əsasən 2028-ci ilə qədər “Real”da qalacaq. Həmçinin, Rodriqonun İspaniya nəhəngi ilə 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə bağlayacağı qeyd olunur.

Hər üç müqavilədə sərbəst qalma bəndi 1 milyard avro təşkil edəcək.

21 yaşlı Rodriqo ötən mövsüm “Real”ın heyətində 49 oyuna çıxıb və 9 qol vurub.

24 yaşlı müdafiəçi Eder Militao 2021/2022 mövsümündə komandanın heyətində 50 oyun keçirib, 2 qol vurub.

21 yaşlı Vinisius Junior ötən mövsüm Madrid klubunda 52 matçda 22 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti