"Məvacibləri ödəmək üçün klubun qəpiyi də yox idi"

14 Sentyabr 2021 15:20 İspaniya 625
"Məvacibləri ödəmək üçün klubun qəpiyi də yox idi"

“Barselona”nın prezidenti Joan Laportanın müşaviri Enrik Masip baş məşqçi Ronald Kumanın fikirlərinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Kuman “Barsa”nın gələcəyinin özünün sayəsində mümkün olacağını bildirmişdi.

Müşavirin cavabı belə olub: “Əgər klubun gələcəyi varsa, bu, idarəetmə sistemini dəyişən rəhbər şəxslərin, o cümlədən, prezidentin sayəsində olacaq.

Bu klubun sonu çata bilərdi. İnanın, bu, adi ifadələr deyil, həqiqətdir. Məvacibləri ödəmək üçün “Barsa”nın qəpiyi də yox idi.

Ona görə də belə çətin vəziyyətdə idarəçiliyi öz üzərinə götürən cəsarətli insanlara sağ ol demək lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da