16 qol vuran hücumçuya 12 milyon avro ödədilər

15 İyul 2021 10:20 İspaniya 579
16 qol vuran hücumçuya 12 milyon avro ödədilər

"Vilyarreal” heyətini yeni hücumçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisi “Reyms”dən Bulaye Dianı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

"Vilyarreal” seneqallı futbolçu üçün klubuna 12 milyon avro ödəyib.

Dia ötən mövsüm “Reyms”lə Liqa 1-də 16 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti