"Mən "Barselona"da qalmaq istəyirəm və xoşbəxtəm"

16 May 2021 01:38 İspaniya 477
"Mən "Barselona"da qalmaq istəyirəm və xoşbəxtəm"

"Barselona"nın baş məşqçisi Ronald Kuman klub prezidenti Joan Laporta ilə görüşməsindən danışıb.

Sportinfo.az xəbər verir ki, 58 yaşlı mütəxəssis deyib:

"Mövsümün sonu müxtəlif məqamları müzakirə etmək üçün əlverişli zamandır. İclasın təfərrüatlarını açıqlamayacam.

Mən "Barselona"da qalmaq istəyirəm. Xoşbəxtəm və inkişaf üçün çox imkan görürəm. Fikrimcə, müsbət tərəflər çoxdur. Amma son söz Laportanın olacaq".

"Barselona" hazırda La Liqanın turnir cədvəlində 76 xalla 3-cüdür. Komanda lider "Atletiko"dan 4 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti