Yığmamızın vingeri Kosovada het-trikə imza atdı

03:10 Bizimkilər 77
Yığmamızın vingeri Kosovada het-trikə imza atdı

Kosova Superliqasında 4-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Vüsal İsgəndərlinin formasını geyindiyi "Malişeva" doğma meydanda "Gjilani"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Bu matç həmyerlimiz Vüsal İsgəndərlinin möhtəşəm performansı ilə yadda qalıb. Oyuna əsas heyətdə başlayan futbolçumuz het-trik edərək qələbənin memarı olub.

Bu nəticədən sonra "Malişeva" 10 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

"Malişeva" - "Gjilani" - 3:1

Qollar: V.İsgəndərli, 10, 71, 75

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular