Mahir Emreli qol vura bilmədi, komandası uduzdu

7 Sentyabr 01:50 Bizimkilər 396
Mahir Emreli qol vura bilmədi, komandası uduzdu

Polşa çempionatında 7-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” səfərdə "Lex" (Poznan) komandasının qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün taleyini həll edən yeganə qolu 71-ci dəqiqədə P.Rodrigesin ötürməsindən sonra L.Benqtsson rəqib qapısından keçirib.

Mahir Emreli qarşılaşmaya start heyətində başlayıb və sonadək meydanda olub.

Digər Xəbərlər
Xəbər Lenti