Cəlal Rumıniyada əsas heyətə düşə bilməsə də...

7 Sentyabr 02:50 Bizimkilər 462
Cəlal Rumıniyada əsas heyətə düşə bilməsə də...

Rumıniya Superliqasında 8-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” doğma meydanda "Korvinul" komandasını qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Cəlal Hüseynov qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 54-cü dəqiqədə meydana daxil olub.

Bu qələbə sayəsində xallarının sayını 15-ə çatdıran "Petrolul" turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

"Petrolul" - "Korvinul" 2:0

Qollar: B. Malula, 4, M. Tutu, 67

Digər Xəbərlər
Xəbər Lenti