Türkiyə 1-ci Liqasında 5-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü olmuş Ozan Can Kökcünün çıxış etdiyi "Vanspor" doğma meydanda "Batman Petrolspor"u qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Ozan Can Kökçü matça start heyətidnə başlayıb və 66-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Vanspor" 4 xalla turnir cədvəlinin 14-cü pilləsində yer alıb. "Batman Petrolspor" isə 13 xalla liderliyini qoruyur.
"Vanspor" - "Batman Petrolspor" 0:2
Qollar: M.Doria, 45, Pedrinyo, 90+3
