"Məni tənqid etdilər və "Barselona"da görmədiklərini dedilər"

15 May 2021 21:40 İspaniya 1 389
"Məni tənqid etdilər və "Barselona"da görmədiklərini dedilər"

"Atletiko"nun hücumçusu Luis Suares "Barselona"dan ayrılması barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, bununla bağlı deyib:

“Çətinlikləri sevirəm. "Atletiko"ya keçmək bir çox cəhətdən mənim üçün böyük çətinlik oldu. Keçən mövsüm məni tənqid etdilər və "Barselona"da görmədiklərini dedilər.

Artıq yüksək səviyyədə yarışa bilməyəcəyimi söylədilər. Bu, mənim üçün yeni, fərdi problem yaratdı. Və mənim hələ də futbol elitasına aid olduğumu sübut etməyimə səbəb oldu.

Bu çağırışı böyük həvəslə aldım. "Atletiko"ya keçdiyim üçün peşman deyiləm. Mən həyəcanlıyam və eyni ruhda çalışmağa davam etmək istəyirəm".

Suares "Atletiko"ya 2020-ci ilin payızında transfer olunub. O, bu mövsüm İspaniya çempionatında 30 oyunda iştirak edib, 19 qol vurub və 3 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti