"Barselona"dan 5 qolluq qələbə, Messidən dubl - VİDEO

23 Aprel 2021 10:00 İspaniya 662
"Barselona"dan 5 qolluq qələbə, Messidən dubl - VİDEO

"Barselona" La Liqada növbəti oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu 31-cu turda "Xetafe"ni qəbul edib.

Matç meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə xalını 68-ə yüksəldən Ronald Kumanın baş məşqçisi olduğu komanda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Atletiko" 73 xalla 1-ci, "Real" 70 xalla 2-cidir.

"Barselona" - "Xetafe" 5:2
Qollar:
Messi, 8 (1:0), Lanqle, 12-avtoqol (1:1), Şakla, 28-avtoqol (2:1), Messi, 33 (3:1), Ünal, 69-pen (3:2), Aruoxo, 87 (4:2), Qrizmann, 90+3-pen (5:2)

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!