PSJ-nin Ramosa etdiyi təklifin detalları məlum oldu

28 Yanvar 2021 01:24 İspaniya 727
PSJ-nin Ramosa etdiyi təklifin detalları məlum oldu

PSJ-nin “Real”ın kapitanı Serxio Ramosu heyətinə qatmaq istədiyini xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, Paris klubunun ispan müdafiəçiyə göndərdiyi təklifin detalları bəlli olub.

Məlumata görə, PSJ Ramosa üç illik müqavilə təklif edib. Futbolçu bu təklifi qəbul etsə, hər mövsüm üçün 15 milyon avro qazanacaq.

34 yaşlı futbolçunun “Real”la müqaviləsi cari mövsümün sonunda başa çatır. Klub ona iki illik müqavilə təklif etsə də, Ramos bu şərtlərlə razı deyil.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!